Ucnoqta.az
www.ucnoqta.az

Paytaxt yollarında tıxac var - Siyahı

08:13 - 2 Sentyabr 2025 tarixində dərc olunub.

Bakının bir sıra yollarında tıxac yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Hal-hazırda yollardakı vəziyyət: 
 1. Heydər Əliyev prospekti, mərkəz istiqamətində;
 2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;
 4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
 6. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
 7. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 8. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
 9. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Müəllif: Ucnoqta.az redaksiyası