Ucnoqta.az
www.ucnoqta.az

Binədə istixana yanır

20:24 - 31 Avqust 2025 tarixində dərc olunub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində istixana ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

Bu barədə Ucnoqta.az-a FHN-in mətbuat xidmətindən bildirilib. Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Müəllif: Ucnoqta.az redaksiyası