Ucnoqta.az
www.ucnoqta.az

Britaniya səfiri Laçında - Foto

18:20 - 31 Avqust 2025 tarixində dərc olunub.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld Laçına səfər edib.

Ucnoqta.az xəbər verir ki, səfir bu barədə "X"də paylaşım edib.

"Gəlib Laçını da gördüm. Yerli sahibkar bazarında Laçının dadlı nemətləri ilə tanış oldum. Qonaqpərvərliyiniz üçün minnətdaram", - o bildirib. 

Müəllif: Ucnoqta.az redaksiyası