Ucnoqta.az
www.ucnoqta.az

Biləsuvarda 800-dən çox abonentin qazı kəsiləcək

14:13 - 28 Avqust 2025 tarixində dərc olunub.

Biləsuvar rayonunda qaz sızması ilə əlaqədar sabah 800-dən çox abonentin qaz təchizatı dayandırılacaq.

"Report"un məlumatına görə, rayonun Xırmandalı kəndindən keçən təbii qaz xəttində aşkar olunmuş sızmanın qarşısının alınması məqsədilə avqustun 29-da saat 10:00-dan başlayaraq kəndin bir hissəsində, ümumilikdə 839 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa olunacaq.

Müəllif: Ucnoqta.az redaksiyası