Yaxın on il ərzində Afrikada yaşayan milyonçuların ümumi sayı 65 faiz artacaq.
Ucnoqta.az xəbər verir ki, bu, qitənin hazırkı sərvətinə dair məlumatları özündə əks etdirən Henley & Partners konsaltinq şirkətinin hesabatında dərc olunub.
Təşkilatın hesablamalarına görə, hazırda Afrikada 122,5 min milyonçu var və onların üçdə birindən çoxu (41,1 min) Cənubi Afrikada yaşayır. Milyonçuların sayına görə ilk 5-liyə Misir (14,8 min milyonçu), Mərakeş (7,5 min), Nigeriya (7,2 min) və Keniya (6,8 min) daxil olub.
Afrikada 25 milyarder var. Henley & Partners onları 20-ci əsrin sonu ilə müqayisədə heyrətamiz adlandırıb. Halbuki "bir çox Afrika iqtisadiyyatı uzun sürən böhran içində idi".
Forbes-in məlumatına görə, 2025-ci ilin mart ayının sonuna qədər afrikalı milyarderlərin ümumi sərvəti tarixdə ilk dəfə olaraq 100 milyard dolları keçərək, əvvəlki ildəki 82,4 milyard dollardan 105 milyard dollara yüksəlib.
2024-cü ildə qitənin ən zəngin sakini ardıcıl 14-cü dəfə ölkənin paytaxtı Laqosun kənarında karbohidrogen hasil edən dövlətə bəzi neft məhsullarının ixracına başlamağa imkan verəcək neft emalı zavodu açmaqla öz mövqeyini möhkəmləndirən 67 yaşlı nigeriyalı Aliko Danqote kimi tanınıb.