Antarktida buzunun dərinliklərində yenidən qəribə radiosiqnallar qeydə alınıb ki, bu da alimlər və mistisizm tərəfdarları arasında müzakirələrə səbəb olub. NASA-nın neytrinoları - "kabus hissəcikləri"ni tədqiq edən ANITA (Antarctic Impulsive Transient Antenna) təcrübəsi müasir fizika çərçivəsində izahı mümkün olmayan anomaliyaları aşkar edib.
Bəzi alimlər bunun texniki xətanın və ya hissəciklərin naməlum qarşılıqlı təsirinin nəticəsi ola biləcəyini irəli sürürlər. Eyni zamanda, "Yaşayan Nostradamus" kimi tanınan braziliyalı mistik Athos Salome bildirib ki, siqnallar paralel kainatların mövcudluğuna sübut ola bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə LADbible yazıb.
"Əgər siqnallar təbii olmasaydı? Onlar qeyri-insani texnologiyaların və ya kosmik hadisələr kimi maskalanan süni enerjilərin nəticələri ola bilərdi", - Salome deyib.
O, əmindir ki, bu məlumatların təsdiqi "bəşəriyyət tarixində ən böyük kəşf" olacaq və zamanın tərsinə getdiyi güzgü dünyasının mövcudluğu imkanlarını açacaq.
Bu cür siqnalları beş dəfə yüksək həssaslıqla qeyd edə bilən yeni PUEO şarının dekabr ayında buraxılması planlaşdırılır. Bu, mistikin sensasiyalı bəyanatlarını yoxlamaq üçün açar ola bilər.
Bununla belə, elm adamları ehtiyatlı qalırlar.
Beləliklə, bəşəriyyət dilemma qarşısında qalıb: ya biz “yeni fizikanın” astanasındayıq, ya da sadəcə növbəti elmi səhvdən danışırıq.