Ucnoqta.az
www.ucnoqta.az

ABŞ Aİ rəsmilərinə qarşı sanksiya tətbiq edə bilər - KİV

00:02 - 26 Avqust 2025 tarixində dərc olunub.

ABŞ prezidenti Donald Trampın administrasiyası Rəqəmsal Xidmətlər Aktının icrasına cavabdeh olan Avropa İttifaqının (Aİ) və ya üzv dövlətlərin rəsmilərinə qarşı sanksiyaları nəzərdən keçirir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ rəsmiləri ötən həftə məsələ ilə bağlı məsləhətləşmələr aparıblar. Brüsselə qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi ilə bağlı yekun qərar hələ verilməyib. Hansı tədbirlərin nəzərdən keçirildiyi və potensial sanksiyaların hədəfinin kim ola biləcəyi də aydın deyil.

Müəllif: Ucnoqta.az redaksiyası