Ucnoqta.az
www.ucnoqta.az

Neftin qiyməti 68 dolları ötüb

12:49 - 25 Avqust 2025 tarixində dərc olunub.

Londonun ICE birjasında 2025-ci ilin oktyabrında çatdırılacaq Brent markalı neftin fyuçerslərinin qiyməti 6 avqust 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 68 dolları ötüb.

Ucnoqta.az xəbər verir ki, ticarət məlumatlarına görə. Brent markalı neftin qiyməti 0,32% artaraq 68,01 dollar/barelə çatıb.

Eyni zamanda, WTI markalı xam neftin oktyabr fyuçersləri 0,36% artaraq 64,02 dollar/barelə çatıb.

Müəllif: Ucnoqta.az redaksiyası