Ucnoqta.az
www.ucnoqta.az

Britaniya 2026-cı ildə Ukrayna ordusunun təlimlərini davam etdirəcək

19:29 - 24 Avqust 2025 tarixində dərc olunub.

Britaniyalı təlimatçılar 2026-cı ildə Ukrayna qoşunlarının təlimini davam etdirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"İnterflex" əməliyyatının ən azı 2026-cı ilin sonuna qədər uzadılması Müdafiə üzrə Dövlət Katibi Con Healey tərəfindən elan edilib. 

Nazirin sözlərinə görə, 2022-ci ilin əvvəlindən 50 mindən çox ukraynalı Ukrayna Silahlı Qüvvələrinə yeni qəbul edilənlər üçün bu təlim proqramı zamanı “həyati vacib döyüş bacarıqları” əldə edib.

 

Müddəti beş həftədən yeddi həftəyə qaldırılan təlim əsasən Böyük Britaniyada həyata keçirilir.

Müəllif: Ucnoqta.az redaksiyası