Ucnoqta.az
www.ucnoqta.az

Putin gələn həftə Çinə dördgünlük səfər edəcək

14:56 - 24 Avqust 2025 tarixində dərc olunub.

Rusiya prezidenti Vladimir Putin gələn həftə Rusiya və Çin nümayəndə heyətləri arasında genişmiqyaslı danışıqların planlaşdırıldığı Çinə dördgünlük səfərə gedəcək.

Ucnoqta.az xəbər verir ki, VGTRK jurnalisti Pavel Zarubin dövlət başçısının planları barədə məlumat verib.

Bundan başqa, Putinin planlarına Şanxay Əməkdaşlıq Təşkilatının Tyantszin sammitində iştirak da daxildir.

Müəllif: Ucnoqta.az redaksiyası