Ucnoqta.az
www.ucnoqta.az

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə start verilib

11:42 - 22 Avqust 2025 tarixində dərc olunub.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçiminə bu gün saat 11:00-dan etibarən start verilib.

Bu barədə Ucnoqta.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq 4 vakant yer seçimi edə bilərlər.

Qeyd edək ki, müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi 25 avqust saat 11:00-da başa çatacaq.

Müəllif: Ucnoqta.az redaksiyası