Ucnoqta.az
www.ucnoqta.az

Tovuzda 5 nəfər dönərdən zəhərlənib

23:17 - 20 Avqust 2025 tarixində dərc olunub.

Tovuzda kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə rayonun Əyyublu kəndində baş verib.

Belə ki, bir ailənin 5 üzvü yedikləri dönərdən zəhərlənib. Zəhərlənən şəxslər təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdiriliblər.

Müəllif: Ucnoqta.az redaksiyası