Ucnoqta.az
www.ucnoqta.az

Sumqayıtda 3500 abonentin qazı KƏSİLƏCƏK

12:10 - 20 Avqust 2025 tarixində dərc olunub.

Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.

Bu barədə Ucnoqta.az-a "Azəriqaz" İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası