Ucnoqta.az
www.ucnoqta.az

Bakıda yataqxanada yanğın - bir nəfər xəsarət alıb

12:00 - 19 Avqust 2025 tarixində dərc olunub.

Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.

Ucnoqta.az FHN-ə istinadən xəbər verir ki, ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası