ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə qapalı görüş zamanı Ukrayna prezidenti Volodimir Zelenski ərazi güzəştləri ideyasını dərhal rədd etməyib.
Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi Wall Street Journal mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, Zelenski ərazilərin mübadiləsi ideyasını rədd etməyib, lakin çətinlikləri qeyd edib. O qeyd edib ki, əhalini köçürmək və Ukraynanın əraziləri təslim etməsi ilə bağlı konstitusiya qadağalarından yan keçmək çətin olacaq.
Bu çətinliklərə baxmayaraq, Zelenski mümkün sülh nizamlanmasının bir hissəsi kimi “proporsional mübadilə” variantını nəzərdən keçirə biləcəyini söyləyib.