Ucnoqta.az
www.ucnoqta.az

Bakıda kağız sexi yanıb

09:35 - 18 Avqust 2025 tarixində dərc olunub.

Bakıda kağız sexində yanğın olub. 

Bu barədə Ucnoqta.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonunda ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli kağız məhsulları sexinin 1-ci mərtəbəsində 3 ədəd dəzgah, 1 ədəd soyutma mühərriki və 100 m² sahədə xammal yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ucnoqta.az redaksiyası