Ucnoqta.az
www.ucnoqta.az

Solomon adalarında 6,2 bal gücündə zəlzələ baş verib

21:20 - 14 Avqust 2025 tarixində dərc olunub.

Solomon adalarının Santa Kruz arxipelaqı sahillərində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 Zəlzələnin ocağı təxminən 53 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ucnoqta.az redaksiyası