Ucnoqta.az
www.ucnoqta.az

Mingəçevirdə bıçaqlanma olub

09:44 - 13 Avqust 2025 tarixində dərc olunub.

Mingəçevirdə bıçaqlanma olub.

Ucnoqta.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə gecə saatlarında şəhərin Nizami küçəsində baş verib.

Belə ki, 2004-cü il təvəllüdlü Yevlax rayon sakini Rəşad Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1995-ci il təvəllüdlü Tahirli İbrahim Fazil oğlunun döş nahiyəsinə kəsilmiş-deşilmiş xəsarətlər yetirib. 

Yaralı xəstəxanaya çatdırılıb. Durumu ciddi olan İbrahim Tahirli dərhal əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib. İlkin məlumata görə, tərəflər arasında münaqişəyə səbəb qız məsələsi olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, əməli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası