Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 17 tüfəng, 1 avtomat aşkar edilib

12:05 - 12 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 11-də polis əməkdaşlarıtərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 6 qumbara, 4 alışdırıcı, 17 tüfəng, 1 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası