Ucnoqta.az
www.ucnoqta.az

Rusiya Ukrayna SQ-nin təlim mərkəzinə zərbə endirib

11:32 - 12 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 12-nə keçən gecə Rusiya işğalçıları Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının təlim bölmələrindən birinin ərazisinə raket zərbəsi endiriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

Görülən təhlükəsizlik tədbirlərinə baxmayaraq, bir nəfər ölüb, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Daha 12 hərbçi akubarotik travma və kəskin stress şikayətləri ilə həkimə müraciət edib.
Hadisə yerində müvafiq fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.

Müəllif: Ucnoqta.az redaksiyası