Ucnoqta.az
www.ucnoqta.az

Aİ mərmi istehsalını hər il 2 milyona çatdıracaq

11:20 - 12 Avqust 2025 tarixində dərc olunub.

Avropa İttifaqı (Aİ) 2025-ci ilin sonunadək sursat istehsalını ildə 2 milyon ədədə çatdıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropanın müdafiə və kosmos üzrə komissarı Andrius Kubiliusa istinadən “Financial Times” qəzeti yazıb.

Məlumata görə, Avropanın istehsal gücü Ukraynada Rusiyanın xüsusi hərbi əməliyyatı başlayandan bəri ildə 300 min mərmi artıb və 2025-ci ilin sonuna qədər 2 milyona çatacaq.

Bundan əlavə, nəşrin yazdığı kimi, Aİ mərmilərin birgə alınmasını da əhatə edən Sursat İstehsalına Dəstək Aktı (ASAP) kimi 1,5 milyard avroluq yeni hərbi maliyyələşdirmə proqramı ilə bağlı danışıqlar aparır.

Kubilius qeyd edib ki, Avropa Komissiyası “digər sahələrdə istehsalı genişləndirmək üçün sənayeni stimullaşdırmaq” üçün oxşar sxemlərdən istifadə imkanlarını araşdırır. Onun sözlərinə görə, prioritet kateqoriyalar raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya və pilotsuz təyyarələr olacaq.

Müəllif: Ucnoqta.az redaksiyası