Ucnoqta.az
www.ucnoqta.az

Sabiq icra başçısının ölkədən çıxışına STOP qoyuldu

09:54 - 12 Avqust 2025 tarixində dərc olunub.

Qubanın qalmaqallı keçmiş icra başçısı Rauf Həbibovun rəhbəri olduğu şirkətdə yarım milyon manatdan çox vergindən yayınma faktı aşkar edilib.

Ucnoqta.az "Qaynarinfo"-ya istinadən verdiyi məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən "Kaspian Biznes Servisez" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) səyyar vergi yoxlaması həyata keçirilib.

Səyyar vergi yoxlaması üzrə məsuliyyətə cəlbetmə qərarının nəticəsində şirkət barəsində 400.100,35 manat əlavə vergi, 200.050,18 manat maliyyə sanksiyası hesablanıb. 

Qeyd edək ki, nizamnamə kapitalı 20 manat olan "Kaspian Biznes Servisez" MMC-nin qanuni təmsilçisi Həbibov Rauf Xeyrulla oğludur. Onun ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Rauf Həbibov 1 oktyabr 2007-ci ildən 2012-ci ilin mart ayınadək Quba Rayonu İcra Hakimiyyətinin başçısı olub.

Müəllif: Ucnoqta.az redaksiyası