Ucnoqta.az
www.ucnoqta.az

Ağdaşda 2 yaşlı qız hündürlükdən yıxılıb

17:23 - 11 Avqust 2025 tarixində dərc olunub.

Ağdaşda azyaşlı hündürlükdən yıxılıb.

Ucnoqta.az xəbər verir ki, hadisə Nehrəxəlil kəndində qeydə alınıb.

Kənd sakini olan 2 yaşlı M. Musayeva yaşadığı evdə hündürlükdən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən M.Musayevanın vəziyyəti orta-ağırdır.

Müəllif: Ucnoqta.az redaksiyası