Ucnoqta.az
www.ucnoqta.az

İspaniyada baş verən yanğın Las-Medulas təbii ərazisinə çatıb

13:07 - 11 Avqust 2025 tarixində dərc olunub.

İspaniyanın Kastilya və Leon muxtar icmasında baş verən meşə yanğını YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Las-Medulas təbiət ərazisinin bir hissəsini əhatə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məqsədilə bir neçə bələdiyyədən 800-ə yaxın insan təxliyə edilib.

Yanğın avqustun 9-da baş verib və ertəsi gün o, qədim Roma qızıl mədəninin qalıqlarının yerləşdiyi Las Medulaya çatıb. Dəymiş ziyanın həcmi barədə hələlik dəqiq məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası