Ucnoqta.az
www.ucnoqta.az

Tramp adını daşıyan bu marşrut həqiqətən tarixi nailiyyət olacaq - İlham Əliyev

04:34 - 9 Avqust 2025 tarixində dərc olunub.

“Bu gün Ermənistan və Azərbaycan arasında imzalanan sənəd açıq və aydın şəkildə bizim niyyətimizi bəyan edir. Bəyan edir ki, biz sülh istəyirik, biz əlaqə, rabitə istəyirik. İstəyirik ki, ölkələr arasında inteqrasiya baş versin”.

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.

Prezident bildirib ki, Azərbaycan və Naxçıvan arasında təhlükəsiz keçid təmin olunmalıdır: “Bu, Ermənistan üçün də faydalar verəcək. Ermənistan Baş naziri ilə söhbətin birində dedim ki, Ermənistan tranzit ölkəyə çevriləcək, siz bilmirsiniz ki, tranzit ölkəsi nə deməkdir və yalnız Azərbaycan vasitəsi ilə tranzit ölkəsinə çevrilə bilərsiniz. Azərbaycansız bunu etmək qeyri-mümkündür və bunun faydasını da görəcəksiniz. Biz ciddi və güclü tranzit ölkəsi olmaq istəyirik. Biz dəhlizlər istəyirik, ərazimizdən keçən dəhlizlər olsun. Bu imknalardan Ermənistan hazırda məhrumdur.

Tramp adını daşıyan bu marşrut həqiqətən tarixi nailiyyət olacaq. Ancaq biz vaxt itirməməliyik. ABŞ bu marşrutu idarə edəcək və ümid edirəm ki, investorlar gələcək. Bu investorlar bu əlaqənin qurulmasını üzərlərinə götürəcəkər və bütövlükdə region ölkələri bundan faydalanacaqlar”.

Müəllif: Ucnoqta.az redaksiyası