Ucnoqta.az
www.ucnoqta.az

Mədəsinə metal əşya batan oğlan ölümdən döndü

11:31 - 8 Avqust 2025 tarixində dərc olunub.

Avqustun 1-də qarnın boşluğuna metal əşya batmış 2004-cü il təvəllüdlü şəxs ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. 

Bu barədə KTM məlumat yayıb.

Bildirilib ki, aparılan müayinələr zamanı ona qarının ön divarına nüfuz edən, mədəni dəlib keçən, mədəaltı vəzininin, qarın aortasının yaralanması, kəskin qan itirmə və hemorragik şok diaqnozu qoyulub:

“Xəstənin dərhal əməliyyat edilməsi planlaşdırılıb. Uğurlu əməliyyat nəticəsində onun qarın boşluğunda yığılmış 3 l qan və qan laxtaları xaric edilib, zədələnmiş orqanların bərpası həyata keçirilib. Daha sonra Şöbədə stasionar müalicələri başladılıb. Aparılan intensiv müalicələrdən sonra vəziyyəti stabil qiymətləndirilib və evə buraxılıb”.

Müəllif: Ucnoqta.az redaksiyası