Ucnoqta.az
www.ucnoqta.az

Kuril adaları yaxınlığında zəlzələ baş verib

06:53 - 8 Avqust 2025 tarixində dərc olunub.

Saxalin vilayətində Kuril adaları yaxınlığında yeraltı təkanları qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin seysmoloji bölməsi məlumat yayıb.

Maqnituda 4,8 olan yeraltı təkanlar Paramuşirdə 3-4 bala qədər hiss olunub.

Zəlzələnin ocağı 72 km dərinlikdə baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası