Ucnoqta.az
www.ucnoqta.az

Vanqanın 2025-ci il üçün məşum proqnozu: Tezliklə gerçəkləşə bilər

09:52 - 8 Avqust 2025 tarixində dərc olunub.

Məşhur bolqar öncəgörən Nənə Vanqa 2025-ci il üçün bir neçə mühüm hadisəni proqnozlaşdırmışdı. Onlardan biri müəmmalı obyektin Yerə yaxınlaşması fonunda, elə bil indi hər an gerçəkləşə bilər.

Ucnoqta.az bildirir ki, wionews.com-un yazdığı kimi, Vanqa bu il yadplanetlilərlə əlaqəni qabaqcadan görüb.
Nəşrin müəllifləri bu obyektin Vanqanın “peyğəmbərliyini” təsdiq edib-etməyəcəyi ilə maraqlanaraq, "İnsanlar uzun müddətdir ki, yerdənkənar həyat formalarını axtarırlar, lakin nəticəsi olmayıb. İndi çoxları hesab edir ki, bu, bu il sistemimizə səfər edəcək ulduzlararası obyekt 3I/ATLAS sayəsində çox tezliklə baş verə bilər".

Bildirilir ki, 3I/ATLAS kosmosdan Günəş sistemini ziyarət edən ən böyük obyektdir və bu, Harvard alimi Avi Loebin marağına səbəb olub. O, demək olar ki, əmindir ki, obyekt təbii deyil və yadplanetli “valideyn” ola bilər.

"Obyekt Günəş ətrafında retrograd orbitdə hərəkət edir - bu belə cisimlər üçün qeyri-adi görünür. O, həm də kifayət qədər kütləvidir - diametri 20-24 kilometr qiymətləndirilir ki, bu da 2017-ci ilin ulduzlararası ziyarətçisi Oumuamuadan təxminən 200 dəfə böyükdür. Bu obyekt bizim sistemimizə milyardlarla il davam edən səyahətdən sonra gəlib."
Loebin fikrincə, bu ölçüdə təbii kosmik obyektin kosmosda bu qədər uzun müddət səyahət etməsi demək olar ki, mümkün deyil. O, hesab edir ki, 3I/ATLAS kometa deyil, Yerin və digər planetlərin tədqiqi üçün zondlar daşıya bilən qabaqcıl sivilizasiyanın yadplanetli kosmik gəmisidir.
"Ola bilsin ki, bu, Vanqanın danışdığı yadplanetlilərlə təmasdır. Əgər belədirsə, o zaman onun başqa bir peyğəmbərliyi tezliklə gerçəkləşəcək", - nəşr əlavə edib.
Loebin sözlərinə görə, mümkün təmas müddəti 2025-ci il noyabrın 21-dən dekabrın 5-dəkdir. Alim gəminin planetlər arasında zondlar paylaya və başqa dünyalara keçə biləcəyini istisna etməyib. Bundan əlavə, Loebin Yerə hücumun necə baş verə biləcəyi ilə bağlı nəzəriyyəsi də var: onun sözlərinə görə, o, oktyabrda cisim Günəşin arxasında olanda başlaya bilər – həmin anda o, alimlər üçün görünməz olacaq.
 

Müəllif: Ucnoqta.az redaksiyası