Ucnoqta.az
www.ucnoqta.az

Kamçatkada 5 bal gücündə iki zəlzələ baş verib

23:45 - 7 Avqust 2025 tarixində dərc olunub.

Kamçatka yarımadasının sahillərində 5,0 bal gücündə iki zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

İlk zəlzələ Petropavlovsk-Kamçatskidən 223 km aralıda, 52,7 km dərinlikdə, ikinci - Petropavlovsk-Kamçatskidən 328 km, 67,7 km dərinlikdə baş verib.

Müəllif: Ucnoqta.az redaksiyası