Ucnoqta.az
www.ucnoqta.az

Şəmkirdə ağır yol qəzası - 9 nəfər ölüb

08:25 - 7 Avqust 2025 tarixində dərc olunub.

Şəmkirdə ağır yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, mikroavtobusla yük maşınının toqquşması nəticəsində 9 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası