ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə görüşünün təşkilati çətinliklər və ilkin danışıqlara ehtiyac olması səbəbindən gələn həftə baş tutması ehtimalı azdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Onun açıqlaması “The New York Times” qəzetinin Trampın Putinlə “gələn həftə tez bir zamanda” görüşmək istədiyini yazmasından sonra verilib.
Bununla belə, Ağ Ev rəsmisinin sözlərinə görə, belə qısa müddət ərzində görüşün təşkili əhəmiyyətli “logistik maneələr” və sammitdən əvvəl əlavə danışıqlara ehtiyac səbəbindən “çox güman ki, çətin” olardı.