Ucnoqta.az
www.ucnoqta.az

"Tottenhem"in keçmiş futbolçusu "Los Angeles"ə keçib

00:01 - 7 Avqust 2025 tarixində dərc olunub.

Cənubi Koreyalı hücumçu və İngiltərənin "Tottenhem Hotspur" klubunun sabiq kapitanı Son Hıq Min Böyük Futbol Liqasının (MLS) Los Angeles klubuna keçib.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Tottenhem Hotspur”un mətbuat xidməti məlumat yayıb.

Müqavilənin şərtləri açıqlanmayıb. Jurnalist Ben Jacobsa görə, Los-Anceles oyunçunun transferi üçün təxminən 27 milyon dollar (təxminən 23 milyon avro) ödəyib ki, bu da MLS rekordu olacaq.

Turnir tarixindəki əvvəlki ən böyük transfer 2025-ci ilin fevralında ivuarlı hücumçu Emmanuel Latte Latanın ingilis Midlsbrodan Atlantaya transferi olub. Transfermarkt portalının məlumatına görə, məbləğ 21,25 milyon avro təşkil edib.

Son Hın Min 33 yaşındadır və 2015-ci ildən "Tottenhem"də çıxış edir.

Müəllif: Ucnoqta.az redaksiyası