İmişli rayonunda 2 minik avtomobili toqquşub.
Ucnoqta.az xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Qəza zamanı"Opel" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində xəsarət alan altı nəfər İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.