Ucnoqta.az
www.ucnoqta.az

Kaliforniyada 30 min hektara yaxın meşə yanır

11:25 - 5 Avqust 2025 tarixində dərc olunub.

Kaliforniya ştatında böyük meşə yanğınının söndürülməsində 1000-dən çox xilasedici iştirak edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News kanalı məlumat yayıb.

Hazırda yanğının sahəsi 30 min hektara yaxındır. Santa Barbara və San Luis Obispo əyalətlərindəki Los Padres Milli Parkında yanğın davam edir.
Son məlumatlara görə, üç nəfər yaralanıb. Yanğın ərazilərindən sakinlər təxliyə edilir. Hazırda 460 yaşayış binası və digər tikililər dağılmaq təhlükəsi altındadır.

Qeyd olunur ki, bu, hal-hazırda Kaliforniyada ilin əvvəlindən bəri baş verən ən böyük yanğındır. 

Müəllif: Ucnoqta.az redaksiyası