Ucnoqta.az
www.ucnoqta.az

Ötən gün 9 silah, 10 qumbara aşkarlanıb

10:55 - 5 Avqust 2025 tarixində dərc olunub.

Azərbaycanda avqustun 4-də 1 tapança, 8 tüfəng, 10 qumbara aşkarlanıb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avqustun 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 qumbara, 7 alışdırıcı, 8 tüfəng, 1 patron darağı və 3766 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Müəllif: Ucnoqta.az redaksiyası