Tokionun şimal-qərbində yerləşən İsasaki şəhərində kölgədə 41,8 dərəcə yüksək temperatur qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, Yaponiya Meteorologiya İdarəsinin məlumatına görə, bu, 19-cu əsrin sonlarında ölkədə sistematik hava müşahidələrinin başlanmasından bəri ən yüksək temperaturdur.
Tokionun mərkəzində temperatur yerli vaxtla günortaya yaxın kölgədə demək olar ki, 37 dərəcəyə yüksəlib. Temperatur artıq dördüncü gündür ki, 35 dərəcədən yuxarı qalxır.