Ucnoqta.az
www.ucnoqta.az

Piyadaların vurulması ilə nəticələnmiş bu qəzada sürücü günahkar deyil - DİN

14:58 - 4 Avqust 2025 tarixində dərc olunub.

"İnsanlar arasında yanlış fikir formalaşıb ki, piyadavurma hallarında mütləq sürücü məsuliyyətə cəlb olunur. Halbuki hadisələr o qədər diqqətlə araşdırılır ki, heç kim əsassız olaraq prosessual ittihama məruz qalmır. Çünki qala bilməz".

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi polkovnik-leyteneant Elşad Hacıyev bildirib. Xidmət rəisi qeyd edir ki, DİN tərəfindən hadisələrin təhqiqatına, istintaqına ciddi nəzarət edilir:

"Bu hadisə də istisna deyil. Piyadalar müəyyən olunmamış yerdən, avtomobillərin intensiv hərəkətdə olduğu yoldan keçməyə çalışır. Nəticədə yol-nəqliyyat hadisəsi baş verir. Hadisə ilə bağlı aparılan araşdırmalarla sürücünün yol hərəkəti qaydalarını pozmadığı, əksinə, qəfil və gözlənilməz şəkildə yola çıxan piyadaların qəzanın əsas səbəbkarı olduğu müəyyən edilib".

Xatırladaq ki, bu gün DİN piyadaların vurulması ilə baş vermiş qəza ilə bağlı görüntülər yayaraq hərəkət iştirakçılarına müraciət edib. Görüntülər sosial şəbəkədə müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri sürücünün baş vermiş hadisədə günahkar olmadığına diqqət çəkirdi.

Müəllif: Ucnoqta.az redaksiyası