Ucnoqta.az
www.ucnoqta.az

İndoneziyada Semeru vulkanı püskürüb

12:00 - 4 Avqust 2025 tarixində dərc olunub.

İndoneziyanın mərkəzində yerləşən Şərqi Yava əyalətində Semeru vulkanının iki yeni püskürməsi qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Antara agentliyi müşahidə postuna istinadən məlumat yayıb.

Məlumata görə, kül kraterdən 800 m yüksəkliyə və ya dəniz səviyyəsindən 4476 m yüksəkliyə çatıb.
Qeyd edildiyi kimi, kül cənub-qərb istiqamətində böyük intensivliklə yayılır.

İndoneziyadakı Vulkanologiya və Geoloji Fəlakətlərin Nəticələrinin Azaldılması Mərkəzi bölgə sakinlərinə ehtiyatlı olmağı və kraterə 3 km radiusda yaxınlaşmamağı tövsiyə edib.

Müəllif: Ucnoqta.az redaksiyası