Ucnoqta.az
www.ucnoqta.az

Rusiyada yük qatarı avtobusla toqquşub - ölənlər var

08:32 - 4 Avqust 2025 tarixində dərc olunub.

Leninqrad vilayətində yük qatarı sərnişin avtobusu ilə toqquşub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “112” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, daha 10 nəfər yaralanıb. Qəza Lodeynoye Pole və Olonets stansiyaları arasında nizamlanan dəmir yolu keçidində baş verib.

Hadisə yerində təcili xidmətlər işləyir. Qəzanın baş vermə şəraiti araşdırılır.

Müəllif: Ucnoqta.az redaksiyası