Ucnoqta.az
www.ucnoqta.az

Axtarışda olan şəxs saxlanılıb

11:43 - 31 İyul 2025 tarixində dərc olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat-axtarış tədbirlərilə axtarışda olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a bildirilib ki, 1964-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Həsənov Nasib Qara oğlu istintaqa təhvil verilib. 

O, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olub.

Aidiyyəti üzrə araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası