Ucnoqta.az
www.ucnoqta.az

Polşa bir neçə ölkə üçün vizasız girişi dayandıracaq

11:46 - 30 İyul 2025 tarixində dərc olunub.

Polşa hökuməti Şengen Müqaviləsi çərçivəsində bir neçə ölkə üçün vizasız girişi ləğv etmək üçün ərizə təqdim etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə RMF24 radiostansiyasının efirində Polşa Daxili İşlər Nazirliyi nazirinin müavini Çeslav Mroczek bildirib.

Çeslav Mroçek qeyd edib ki, konkret ölkələrin adını çəkmədən, məhdudiyyətlər Polşada vətəndaşları müntəzəm olaraq qanunları pozan ölkələrə şamil ediləcək.

Mroczek misal olaraq Kolumbiyanı göstərib - 2024-cü ilin avqustunda Varşava bu Latın Amerikası ölkəsinin vətəndaşlarını səfərin məqsədi uyğun olarsa iş vizası almağa məcbur etdi, turistlərin vizasız girişi isə ləğv edilmədi.

Müəllif: Ucnoqta.az redaksiyası