Ucnoqta.az
www.ucnoqta.az

ABŞ-da kazinoda atışma nəticəsində iki nəfər ölüb

21:59 - 28 İyul 2025 tarixində dərc olunub.

Amerikanın Reno şəhərində (Nevada ştatı) Grand Sierra Resort kompleksinin ərazisində qumarxana qarşısında atışma nəticəsində azı iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Atəş açan şəxs saxlanılaraq xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır. Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.

Müəllif: Ucnoqta.az redaksiyası