Ucnoqta.az
www.ucnoqta.az

Ağsuda aptekdən oğurluq olub

11:32 - 28 İyul 2025 tarixində dərc olunub.

Ağsu rayonunda yerləşən apteklərin birindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 21 yaşlı Murad Muradov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif: Ucnoqta.az redaksiyası