Pakistanda iyunun sonunda başlayan musson mövsümündən bəri güclü yağışlar və əlaqədar hadisələr nəticəsində ən azı 279 nəfər ölüb, 676 nəfər yaralanıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pakistan Milli Fəlakətlərin İdarə Olunması İdarəsi məlumat yayıb. Məlumata görə, 1500-dən çox binaya ziyan dəyib, yüzlərlə insan təxliyə olunmağa məcbur olub. Heyvandarlığa və əkinçiliyə külli miqdarda ziyan dəyib.
Məlumata görə, ən çox itkilərin şərqindəki Pəncab əyaləti olub, 151 nəfər ölüb, 536 nəfər yaralanıb. Şimal-qərbdəki Hayber Paxtunxva əyalətində 64 nəfərin öldüyü, 80 nəfərin yaralandığı bildirilir.
Hazırda Sind, Bəlucistan və Gilgit-Baltistan əyalətlərində də ölüm halları qeydə alınıb.
Meteoroloqların məlumatına görə, güclü yağışlar yaxın günlərdə də davam edəcək.