Ucnoqta.az
www.ucnoqta.az

Novxanıda dənizdə batan şəxslərdən biri hərbçi imiş - TƏFƏRRÜAT

09:01 - 28 İyul 2025 tarixində dərc olunub.

Novxanıda dənizdə batan iki şəxsdən birinin kimliyi məlum olub.

Ucnoqta.az xəbər verir ki, həyatını itirənlərdən biri, 2002-ci il təvəllüdlü Arif Əsədullayev Dövlət Sərhəd Xidmətində (DSX) baş çavuş imiş.

O, suda batan 15 yaşlı yeniyetməni xilas etmək istəyərkən boğulub.

A.Əsədullayevin hərbi xidmətdən məzuniyyətə gəldiyi bildirilib. ///Oxu.az

Müəllif: Ucnoqta.az redaksiyası