Ucnoqta.az
www.ucnoqta.az

Meymunların məbəddə qopardığı naqil 2 nəfərin ölümünə səbəb oldu

07:35 - 28 İyul 2025 tarixində dərc olunub.

Hindistanın şimalındakı Uttar-Pradeş ştatında məbəddə meymunların qopardığı açıq elektrik naqilinin qalay örtüyə düşməsi nəticəsində ən azı 2 nəfər ölüb, 32 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə PTI xəbər agentliyi məlumat yayıb.

Hadisə dindarlar ritual su təqdimi üçün məbədə toplaşarkən baş verib.

Məftil düşən zaman cərəyan məbəd kompleksindəki qalay örtüyü ilə yayılaraq məbəddə çaxnaşma və izdiham yaradıb.

Xəsarət alanlar arasında qadın və uşaqlar da var. Bir neçə nəfərin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası