Ucnoqta.az
www.ucnoqta.az

İsrail Qəzzanın bəzi bölgələrində taktiki fasilə elan edib

09:42 - 27 İyul 2025 tarixində dərc olunub.

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının bəzi hissələrində humanitar məqsədlər üçün hərbi əməliyyatlarda gündəlik taktiki fasilə elan etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, siyasi rəhbərliyin göstərişlərinə uyğun olaraq və İDF-nin Qəzza zolağına humanitar yardımın həcmini artırmaq üzrə davam edən səyləri çərçivəsində bu gün saat 10:00-dan 20:00-a qədər humanitar məqsədlər üçün hərbi əməliyyatlarda lokal taktiki fasilə elan ediləcək. 

Fasilə İDF-nin əməliyyat keçirmədiyi ərazilərdə: Əl-Məvasi, Deyr əl-Bələ və Qəzza şəhərində növbəti xəbərdarlığa qədər hər gün qüvvədə olacaq.

 Mətbuat xidməti qeyd edib ki, bu qərarlar BMT və beynəlxalq təşkilatlarla razılaşdırılıb.

Müəllif: Ucnoqta.az redaksiyası