Ucnoqta.az
www.ucnoqta.az

Laçında ağır qəza, 3 nəfər ölüb, 1 nəfər yaralanıb

22:08 - 26 İyul 2025 tarixində dərc olunub.

Laçında ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər yaralanıb.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarakeçdi kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində Mahir Abdullayev, Şəhla Novruzova və Xədicə Novruzova hadisə yerində ölüb, Ramilə Abdullayeva isə xəsarət alıb

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası