Ucnoqta.az
www.ucnoqta.az

Buzovnada çimərliyində balıq tutarkən boğulub öldü

11:03 - 24 İyul 2025 tarixində dərc olunub.

Bakıda daha bir nəfər dənizdə boğulub.

Ucnoqta.az xəbər verir ki, hadisə iyulun 23-ü saat 22 radələrində Xəzər rayonu Buzovna qəsəbəsindəki çimərlikdə baş verib.

Bakı şəhər sakini 1992-ci il təvəllüdlü İbrahimov Kənan Zahir oğlu balıq tutarkən ehtiyatsızlıqdan suya düşüb. O boğularaq ölüb.

K.İbrahimovun meyiti sudan çıxarılıb.

Araşdırma aparılır.

Müəllif: Ucnoqta.az redaksiyası