Yaponiyanın baş naziri Şiqeru İşiba bəzi Yaponiya mətbuatında onun rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) yuxarı palata seçkilərində uduzduqdan sonra istefa verməyi planlaşdırdığına dair xəbərləri təkzib edib.
Ucnoqta.az xəbər verir ki, o, jurnalistlərə medianın xəbərləri ilə bağlı sualı cavablandırarkən deyib.
“Keçmiş baş nazirlər ilə görüşdə qalıb-qalmamağımla bağlı heç bir müzakirə olmayıb. Bəzi KİV-lər bu haqda məlumat yayıblar, amma mən heç vaxt belə açıqlama verməmişəm. Bu xəbərlər həqiqətə uyğun deyil”, - Baş nazir qeyd edib.